Milli komandamız Ukraynaya səfər edib

Milli komandamız Ukraynaya səfər edib

Boks üzrə milli komandamız Ukraynaya – təlim-məşq toplanışına yollanıb. Boks Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, olimpiya oyunlarına vəsiqə qazanmış 4 boksçumuzla yanaşı, məşqçilər Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Vətən Hüseynliyə (81 kq) dəvət göndəriblər.

Qeyd edək ki, London Olimpiadasında mübarizə aparacaq digər boksçumuz Soltan Migitinova isə hələ ki həkimlər istirahət etməyi tapşırıblar. Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) toplanışdan sonra Kiyevdə keçiriləcək turnirdə mübarizə aparacaqlar.

Məlumat üçün bildirək ki, yığmamız Kiyevdə Konça-Zaspa bazasında hazırlıq keçir. Əgər hər hansı gözlənilməz hadisə baş verməsə, digər beş boksçu aprelin 12-də Kiyevdən birbaşa Trabzona lisenziya yarışına yollanacaq. Xatırladaq ki, Türkiyədə 49 kq çəki dərəcəsində 4 , 56 kq-da 4, 60 kq-da 4, 69 kq-da 2, 81 kq-da isə 3 idmançı Olimpiadaya lisenziya qazanacaq. Millimiz Ukraynaya baş məşqçi Yevgeni Kotov və məşqçilər Nəriman Abdullayevlə Rasim Məmmədovun rəhbərliyi altında yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə