Heydər Əliyev adına İdman Konsert Kompleksində daha bir mötəbər turnir keçirildi. Siasport.az saytının məlumatına görə, Çağırış Kubokunun finalında bütün rəqiblərini məğlub etmiş iki Azərbaycan klubu çıxış edirdi. Belə ki, "Lokomotiv"- "Bakı" arasında keçirilən final oyunu maraqlı anlarla yadda qaldı. Bütün setlərdə yüksək hesabla irəli keçən "Bakı", setin sonunda məğlub olurdu. Lakin, ikinci setdə 25:19, dördüncü setdə 25:20, beşinci setdə isə 15:13 hesabı ilə Dəmiryolçuları məyus etməyə nail oldu. Qeyd edək ki, daha öncə keçirilmiş oyunda "Lokomotiv" 3:2 hesabı ilə "Bakı"nı məğlub etdiyi halda, cavab oyununda eyni hesabla Dəmiryolçular məğlub oldu. Bundan sonra isə qalibi müəyyən etmək üçün qızıl set oynanıldı. Qızıl setdə isə "Lokomotiv" 15:13 hesabı ilə "Bakı"nı məğlub etməyi bacardı. Beləliklə, Çağırış Kubokunun sahibi "Lokomotiv" komandası oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB