"Turan"ın baş məşqçisi Əsgər Abdullayev "Sumqayıt"la oyuna münasibət bildirib. Baş məşqçi 1:1 hesabı ilə bitən oyundan razı qalmayıb: "Oyunun gedişi məni tam qane etmədi. Belə oyunlarda qalib gəlmək çox çətin olur. Mövsümün sonuna yaxın komanda problemlərlə rastlaşır. Qarşıdakı oyunlarda bundan yaxşı oynamalıyıq".
"Sumqayıt"ın baş məşqçisi Bernhard Raab isə oyunda hər iki komandanın mübarizə apardığını bildirib: "90 dəqiqə ərzində qalib müəyyən olmadı. Hər iki komanda mübarizə apardı, lakin qələbə qazana bilmədi. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB