“Şəfa” stadionunda heç-heçə

“Şəfa” stadionunda heç-heçə

Əvəzedici heyətlər arasında Azərbaycan Çempionatının XXVI turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Simurq\" Peşəkar Futbol Klubunun əvəzedici komandası "Şəfa" stadionunun 4-cü meydançasında Ağdamın "Qarabağ" klubunun qonağı olub. Belə ki, qarşılaşmada əvvəldən sona qədər üstün olan Nizami Ocaqverdiyevin yetirmələri oyunda hesabı aça bilməyib. Beləliklə də "Simurq" səfərdən heç-heçə ilə ayrılıb.Oyunun hakimləri isə Venera Kahriç, Maya Nəbiyeva, Müslüm Əliyev və Mariya Qasımova olub.Əlibala Ələsgərov qarşılaşmaya hakim-inspektorluq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə