Orxan Səfiyarlı liderliyini davam etdirir

Orxan Səfiyarlı liderliyini davam etdirir
Əvəzedicilərin oyununda ən çox qol vuran futbolçu adını AZAL-ın heyətində çıxış edən Orxan Səfiyarlı daşıyır. Siasport.az saytının məlumatına görə, AZAL-ın hücumçusu 16 qolla turnir cədvəlinə liderlik edir. Qeyd edək ki, ikinci yerdə isə "Simurq"un futbolçusu Qafar Qafarov durur. Belə ki, o, əvəzedicilərin heyətində 12 qol vurub. İlk dördlüyə gəldikdə isə, Orxan Səfiyarlı və Qafar Qafarovdan sonrakı yerləri Ağabala Ramazanov ("Neftçi") 11 qolla 3-cü, Rey Məmmədbəyli isə ("Qəbələ") 10 qolla 4-cü yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə