Basketbol üzrə play-off oyunları başlayır

Basketbol üzrə play-off oyunları başlayır

Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan Çemionatının (Yüksək liqa) play-off oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, pley-off mərhələsinə ilk 4 yeri tutaraq vəsiqə qazanan komandalar aşağıdakılar olub:

"Araz"-Naxçıvan,

"Qala" BK,

"NLT-Tudor",

"Çağ Öyrətim".

Məlumat üçün bildirək ki, tur çərçivəsində nəzərdə tutulmuş qarşılaşmalardan hazırda "Araz"-Naxçıvan - "Çağ Öyrətim" oyunu davam edir.

Qeyd edək ki, turun digər oyunu isə saat 13.30-da "Qala" BK - "NTL-Tudor" arasında keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə