İspaniya "La Liqa"sında çıxış edən "Real Madrid" klubu müsəlmanlara yönəlmiş maraqlı addım atıb. Siasport.az saytının məlumatına görə, klubun Birləşmiş Ərəb Əmirliklərində istifadəyə verəcəyi "Resort İsland" istirahət kompleksinin loqosundan xaç işarəsi çıxarılacaq. İspaniyadakı "Real" adlı komandaların loqolarının üzərindəki taclarda yerləşdirilən xaç işarəsi müsəlman bir ölkə olan Birləşmiş Ərəb Əmirliklərinə görə istifadə olunmayacaq.
Qeyd edək ki, "Real Madrid"in hər il təxminən 25 milyon avro gəlir gözlədiyi möhtəşəm layihədə hər bir detal incəliklə düşünülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB