"Arsenal" klubunun baş məşqçisi Arsen Venger "Milan"la qarşılaşmadan sonra görüşün hakimi haqqında etdiyi açıqlamalar səbəbəindən UEFA tərəfindən 3 maçdan kənarda qalma cəzası verilib. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, UEFA-dan verilən açıqlamada Vengerin "Milan"ın 4:0 hesabı ilə qələbə qazandığı Çempionlar Liqası qarşılaşmasından sonra oyunun Slovemiyalı hakimi Damir Skomin haqqında kobud ifadələr işlədib. Belə ki, UEFA həmin ifadələri rəhbər tutaraq baş məşqçiyə 3 oyundan kənarda qalması ilə birlikdə 53 min dollar cərimə qərarının verildiyini bildirilib.
Xatırladaq ki, Venger UEFA tərəfindən bundan öncə də iki dəfə oxşar şəkildə cərimələnmişdi.
Məlumat üçün bildirək ki, fransalı baş məqçinin appellyasiya şikayəti vermək hüququ var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB