Həndbol üzrə Bakı şəhər birinciliyi keçirilib

Həndbol üzrə Bakı şəhər birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq "ABU ARENA"nın idman salonunda həndbol üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "12 saylı İOEUGİM", "RİOEUGİM", "19 saylı UGİM", "RKİM", "13 saylı İOEUGİM" və digər idman klub və cəmiyyətlərini təmsil edən 373 nəfər idmançı (235 qız idmançı) 1995-96, 1997-98, 1999-2000-ci il təvəllüdlərdə mübarizə aparıb.

Məlumat üçün bildirək ki, yarışda 1995-96 təvəllüdlü oğlanlar arasında I yerə "Nəsimi", II yerə "RİOEUGİM", III yerə "Qaradağ", 1995-96 təvəllüd qızlar arasında I yerə "Nəsimi-1", II yerə "RKİM", III yerə "Nəsimi-2", 1997-98-ci il təvəllüdlü oğlanlar arasında I yerə "Nəsimi-1", II yerə "Nəsimi-2", III yerə "Qaradağ", 1997-98-ci il təvəllüdlü qızlar arasında I yerə "Nəsimi-2", II yerə "Nəsimi-1", III yerə "RİOEUGİM", 1999-2000-ci il təvəllüdlü oğlanlar arasında I yerə "RİOEUGİM", II yerə "Nəsimi-1", III yerə "Nəsimi-2", 1999-2000-ci il təvəllüdlü qızlar arasında I yerə "Nəsimi-1", II yerə "Nəsimi-2", III yerə "Nəsimi-3" layiq görülüb

Qeyd edək ki, I, II və III yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə