Kamanan Liqada rəqiblərin kabusudur

Kamanan Liqada rəqiblərin kabusudur

Kamanan mart ayının ən məhsuldar futbolçusu kimi diqqət çəkir. Siasport.az saytının məlumatına görə, "Qəbələ"nin fransalı hücumçusu Yannik Kamanan ay ərzində baş tutan çempionatın 5 turunda rəqibləri üçün əsl kabus olub.

Qeyd edək ki, XXII turun "Rəvan"la səfər matçında dubla imza atan futbolçu ardınca "Kəpəz"lə təxirə salınan XIX tur çərçivəsində Gəncədə keçirilən oyununda da meydanı qolsuz tərk etməyib. Final mərhələsinin ilk oyununda "Neftçi" ilə qarşılaşmada 2 qolla töhfə verən Kamanan ardınca "Qarabağ"la görüşdə meydanı qolsuz tərk edib. Lakin "İnter"in qapısına qol vurub.

Məlumat üçün bildirək ki, bir ay ərzində 6 qol vuran Yannik bununla da həm Unibank Premyer Liqasında martın ən məhsuldar futbolçusu oldu, həm də rekord vurdu. Belə ki, cari mövsümün oyunları keçirilən 7 ay ərzində heç bir futbolçu aya 6 qol vurmayıb.

Xatırladaq ki, ötən ilin sentyabrında Luis Hilario, oktyabrında isə Deon Barton ay ərzində ən çox qol vuran futbolçular arasında olub. Lakin həmin vaxt əvvəl 10, sonra 7 futbolçu eyni sayda qolla liderlik edib.



Bütün xəbərlər Facebook səhifəmizdə