Bu gün Voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatının Super liqasında əvəzedici heyətlərin qalibi məlum oldu. Voleybol Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, "əvəzedici heyətlər"in ölkə çempionatında altı komanda mübarizə aparırdı. İlk iki dövrədən sonra ilk dördlük finalda dairəvi şəkildə oynadılar və sonda ən çox xal toplayan komanda qalib oldu.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının İdman Zalında bu gün keçirilən görüşdə "İqtisadçı" və "Rabitə", "Azəryolservis" və "Bakı" klubları qarşılaşdılar. Xallara görə "Rabitə" komandası IV, "Bakı"- III, "İqtisadçı"-II, "Azəryolservis"-I yerləri tutdu.
Məlumat üçün bildirək ki, əvəzedicilərin çempionatında mübarizə aparan oyunçuların hər biri gənc oyunçulardır. Finala kimi irəliləmiş "Azəryolservis" komandasının tərkibində mübarizə aparan oyunçuların yarısı 11 aprel 2012-ci ildə "Slovakiya"da keçiriləcək "Gənclər" arasında "Avropa Çempionatı"nın II seçmə mərhələsində ölkəmizi təmsil edəcək. Bu mərhələni keçdiyi halda komandamız Avropa Çempionatının Final mərhələsində Azərbaycanımızı təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB