“Baku Fires”in arzuları yarımçıq qalıb

“Baku Fires”in arzuları yarımçıq qalıb

Xəbər verdiyimiz kimi, Bakıda Ümumdünya Boks Seriyasının (WSB) yarımfinalının cavab oyununun başlanğıcında Azərbaycanın Baku Fires klubu ilə İtaliyanın Dolce & Gabbana Milano Thunder komandası arasında mübarizə baş tutdu. Siasport.az saytının məlumatına görə, görüşdə gözlənilməz hadisə baş verib. Belə ki, saytımıza "Baku Fires"dən verilən xəbərdə bildirilir ki, idmançımız Teymur Məmmədovun (85 kq.) səhhətində problem ilə əlaqədar Azərbaycan komandası dörd nəfərlik tərkiblə çıxış edəcək.

Qeyd edək ki, lazaretdə Məhəmmədrəsul Məcidov (+91 kq.) da yerləşdiyindən onun əvəzinə rinqə Denis Payaşika çıxacaq. İdmançılarımızın rəqibləri isə belədir:


Məhəmməd Qurbanov - Vyaçeslav Qoyan.


İsa İsayev - Xuan Xavyer Karasko Qerrero.


Xeybulla Mürsəlov - Sergey Derevyançenko.


Denis Payaşika - Bencey Simmerman.


Bütün xəbərlər Facebook səhifəmizdə