AFFA-nın bayrağı altında təşkil olunan U-11 Liqası, "Coca-Cola U-13 Liqası", U-14 Liqası, U-15 qızlar Liqası və "UNİCEF U-17" qızlar Liqasında bu həftəsonu keçiriləcək bütün oyunlardan əvvəl 1 dəqiqəlik sükut elan olunacaq. Siasport.az saytının məlumatına görə, buna səbəb 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür.
Qeyd edək ki, bundan əlavə komandaların üzvləri meydançaya qara sarğı ilə çıxacaqlar.
Onu da əlavə edək ki, oyunlardan əvvəl AFFA-nın əməkdaşları tərəfindən liqalarda çıxış edən oyunçulara soyqırım haqda ətraflı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB