Bu il nəhayət ki, İspaniya çempionu olmaq şansı olduqca yüksək görünən Madrid "Real"ı, mövsümün sonunda səs-küylü transferlər reallaşdırmağı planlaşdırır. Siasport.az saytı xəbər verir ki, Joze Maurinyonun komandası "Arsenal"ın ulduz futbolçusu və kapitanı 27 yaşlı Robin Van Persini mövsüm başa çatan kimi heyətə qatmağı planlaşdırır. "Mançester Siti"nin də diqqət mərkəzində olan hollandiyalı futbolçunu sərəncamında görmək istəyən portuqaliyalı futbol mütəxəssisi, "Real"ın prezidenti qarşısında yeni mövsümdə əsas transfer hədəfi kimi məhz V.Persini qoyub.
İngiltərənin "Daily Express" qəzeti yazır ki, "Arsenal" rəhbərliyi hollandiyalı kapitanı satmağa maraqlı olmasa da, kralı klubundan gələcək sürpriz bir təklif "topçular"ın fikrini dəyişə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB