"Qalatasaray" Fernando Muslera üçün "Mançester Yunayted"dən 20 milyon avro istədi!
İstanbulun "Qalatasaray" klubunun qolkiperi Fernando Musleraya İngilis nəhəngi "Mançester Yunayted" "elçi düşüb". Siasport.az saytı xəbər verir ki, yüksək ustalığı və etibarlı futbolu ilə dünyanın ən yaxşı qolkiperləri sırasında yer alan F.Muslera, artıq Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti yazır ki, F.Muslaranın transferi ilə bağlı "Qalatasaray" rəsmiləri ilə görüşən "Mançester Yunayted"in menecerləri, konkret cavabla Londona yollanıblar. Sən demə, "cim bom" uruqvaylı qolkiperinin transfer üçün "qırmızı şeytanlara" düz 20 milyon avro "qiymət oxuyub". Məlumata əsasən, bu qiymət ingilis klubunu qane etməsə də, F.Musleranı transfer etməyi planlaşdıran "Mançester Yunayted", yenidən danışıqlar aparmaq üçün menecerlərini yeni təkliflərlə İstanbula göndərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB