Silvio Berluskoni İtaliyanın Baş naziri vəzifəsindən kənarda qalsa da, yenidən \"Milan\" futbol klubunun prezidenti seçilib. Siasport.az saytı xəbər verir ki, 1986-cı ildən bəri Milan təmsilçisinin prezidenti olan S.Berluskoni, 2008-ci ildə İtaliyanın Baş naziri seçlidiyi üçün klub prezidentliyindən istefa vermişdi. Lakin keçən il Baş nazir vəzifəsini tərk edən S.Berluskoni yenidən doğma klubunun prezidentliyinə qayıdıb. \"Milan\"ın rəsmi saytı bu barədə məlumat yayıb.
Diqqətinizə çatdıraq ki, S.Berluskoni klubun sahibi olduqdan sonra \"Milan\" səkkiz dəfə İtaliya çempionu, bir dəfə ölkə kubokunun, beş dəfə Çempionlar Liqasının (əvvəlki Çempionlar Kuboku da daxil), beş dəfə UEFA superkubokunun, iki dəfə qitələrarası kubokun, bir dəfə isə klublararası dünya çempionatının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB