Futbol ulduzları “DÇ-2012”-yə dəstək verib- Fotosessiya

Futbol ulduzları “DÇ-2012”-yə dəstək verib- Fotosessiya

İngiltərənin Mançester şəhərində "Soccerex" Avropa Forumunda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 təqdim edilib. Siasport.az saytının AFFA-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, 1500 nəfərdən çox nümayəndənin iştirak etdiyi tədbirdə dünya çempionatının stendi iştirakçılarda böyük maraq doğurub. 2 gün davam edən sərgidə dünya futbolunun tanınmış simaları Patrik Vieyra, Rafael Benitez, Şey Qiven, Qaiska Mendiyeta, David Din, Emanuel Petit və başqalarına çempionat barədə ətraflı məlumat verilib. Futbol ulduzları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ni dəstəklədiklərini bildiriblər. Həmçinin, bir sıra futbol klubları, şirkətlər, media nümayəndələri, federasiyalar və digər çempionatların Yerli Təşkilat Komitələrinin nümayəndələri ilə səmərəli müzakirələr aparılıb.

Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Koordinatoru Nərgiz Məmmədova və Könüllülük üzrə Direktoru Vüqar Rüstəmli tərəfindən 100-ə yaxın tədbir iştirakçılarına xüsusi təqdimat keçirilib. Təqdimatın keçirilmə məqsədi çempionatın hazırlıq prosesi haqda məlumat vermək, beynəlxalq media, idman qurumları və başqa əlaqəli müəssisələrlə, müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq imkanlarını işıqlandırmaq və könüllülük imkanları haqqında məlumat vermək olub.


Bütün xəbərlər Facebook səhifəmizdə