Unibank Premyer Liqasının XXVI turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" – "İnter" qarşılaşması Lənkəranı təmsil edən klubun baş məşqçisi Yunis Hüseynov üçün əlamətdar olacaq. Siasport.az saytının məlumatına görə, baş məşqçiliyə 2004-cü ildə başlayan "Xəzər Lənkəran"ın baş məşqçisi üçün "İnter"lə qarşılaşma yubiley oyunu olacaq. Belə ki, Yunis Hüseynov 200-cü oyuna çıxacaq.
Qeyd edək ki, 8 il əvvəl avqust ayında "Karat"la Qaradağ Olimpiya Kompleksində baş tutan görüşdə baş məşqçi kimi "Karvan"ı çalışdıraraq debüt edən Hüseynov həmin vaxtdan 199 oyunda iş başında olub.
Xatırladaq ki, karyerasına 2:0 hesablı səfər qələbəsi ilə başlayan Hüseynov bu 8 ildə "Karvan" və indiki klubu "Xəzər Lənkəran"la yanaşı "Standard"a da baş məşqçilik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB