Dünən axşam Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, bu mərhələdə 3 ispan və 2 alman klubunun iştirakı ilə keçən görüşlərdə daha çox gərginlik yaşanıb.
Əvvəlki mərhələdə "Mançester Yunayted"in yolunu kəsən "Atletik" (Bilbao) bu dəfə Almaniyada "Şalke"yə başağrısı olub. Səfərdə rəqibinə 4:2 hesabıyla qalib gələn İspaniya təmsilçisi cavab matçına bir qədər rahat çıxacaq.
"Beşiktaş"ı Avroliqadan kənarlaşdıran Arda Turanın komandası olan \"Atletiko\" (Madrid) isə \"Hannover\" klubuyla görüşdə minimal hesablı qələbə qazanıb- 2:1.
Eyni hesab \"Sportinq\"-"Metallist" oyununda da qeydə alınıb. Bu qarşılaşmada vurulan qollar ikinci hissəyə təsadüf edib.
\"Valensiya\"nı qəbul edən \"AZ Alkmaar\" görüşdən 2:1 hesabıyla qalib ayrılsa da, təkrar matçın çətin keçəcəyini indidən söyləmək olar. Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 5-də keçiriləcək.
"Atletiko" (Madrid) – "Hannover" (Almaniya) - 2:1
Qollar: Falkao, 9 (1:0), Diuf, 38 (1:1), Salvio, 89 (2:1)
\"Sportinq\" (Portuqaliya) – \"Metallist\" (Ukrayna) - 2:1
Qollar: İzmaylov, 51 (1:0), İnsua, 64 (2:0), Xavyer, 90-pen (2:1)
\"Şalke\" (Almaniya) - \"Atletik\" (Bilbao, İspaniya) - 2:4
Qollar: Lorente, 20 (0:1), Raul, 22 (1:1), 60 (2:1), Lorente, 73 (2:2), Markos, 81 (2:3), Muniain, 90 (2:4)
\"AZ Alkmaar\" (Hollandiya) – \"Valensiya\" (İspaniya) - 2:1
Qollar: Holman, 45 (1:0), Topal, 51 (1:1), Martens, 79 (2:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB