"Mançester Siti" Arda Turanın komanda yoldaşını transfer etmək üçün hərəkətə keçib
İngiltərənin "Mançester Siti" futbol klubu, hazırda İspaniyanın "Atletiko" klubunda forma geyən Radamel Falkaonu transfer etmək üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, ingilis klubu bu futbolçu üçün Arda Turanın komandasına 40 milyon dollara yaxın pul təklif edib.
İngiltərədə nəşr olunan "The Sun" qəzeti yazır ki, Edin Dzekonu heyətdə görmək istəməyən baş məqşçi Roberto Mançini, yeni mövsümdən sərəncamında görmək istədiyi kolumbiyalı futbolçunun transferində israr edir. Artıq futbolçunun meneceri Jorge Mendes ilə danışıqlara başlayan ingilis klubu, keçən il 39 milyon dollara "Atletiko"ya keçən futbolçunun transfer məsələsini may ayında həll etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB