Unibank Premyer Liqasının XXVI turu çərçivəsində "Turan"ı qəbul edəcək "Sumqayıt" Futbol Klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, komandanın yarımmüdafiəçisi Ramil Həşimzadə klubun rəsmi saytına açıqlamasında bunları ifadə edib: "Simurq"la oyunda komanda inamlı təsir bağışladı. Lakin qapımızdan buraxdığımız erkən qol uşaqlara pis təsir etdi. İkinci hissəyə də yaxşı başladıq. Bu dəfə də ilk qolu Zaqatala klubu vurdu. Oyun ərzində kifayət qədər qol vurmaq üçün imkan qazandıq, lakin bir dəfə fərqlənə bildik. Birinci dövrədən fərqli olaraq, fasilədən sonra komandanın müdafiə xətti inamsız oyunu ilə seçilir. Artıq bütün komanda olaraq uğursuzluq zolağından çıxmaq istəyirik. İnşallah, "Turan"la görüşdə qələbə qazanarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB