Martın 30-da Azərbaycanın peşəkar "Baku Fires" boks klubu qarşıda Ümumdünya Boks Seriyasının (WSB) yarımfinalının cavab oyununda İtaliyanın "Dolce & Gabbana Milano Thunder" komandasını qəbul edəcək. Siasport.az saytının məlumatına görə, "Bakılılar"ın qarşısında duran vəzifəsi çox da asan olmayacaq. Belə ki, oyunda məqsəd 5:0 hesabı ilə qonaqlara qalib gəlməkdir, yəni əslinə baxanda hesabı bərabərləşdirmək və İsa İsayev – Mikloş Varqa – əlavə, həlledici döyüşə müyəssər olmaqdır.
Xatırladaq ki, ilk qarşıdurmada məhz bu cür nəticə ilə "Milanlılar" qələbə qazanmışdı. Komandaların tərkibi isə belədir:
54 kq. Məhəmməd Qurbanov (Baku Fires) və Vyaçeslav Qoyan (Dolce & Gabbana Milano Thunder).
61 kq. Semyon Qrivaçev – Xuan Xavyer Karasko Qerrero.
73 kq. Xeybulla Mürsəlov – Sergey Derevyançenko.
85 kq. Teymur Məmmədov – Rafael Duarta Lima.
91 kq. Məhəmmədrəsul Məcidov – Bencey Simmermann.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB