“Sumqayıt” klubu “Turan”la qarşılaşmaya hazırlaşır

“Sumqayıt” klubu “Turan”la qarşılaşmaya hazırlaşır

Unibank Premyer Liqasının XXVI turu çərçivəsində "Turan"ı qəbul edəcək "Sumqayıt" Futbol Klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, ötən tur "Simurq"la oyun öncəsi son məşqdə zədələnən Ruslan Məcidov hazırlıq prosesində iştirak edə bilmir.

Qeyd edək ki, bərpa prosesi keçən Timur İsrafılov və Orxan Həsənov isə yüngül qaçışla kifayətlənir.

Məlumat üçün bildirək ki, Bernhard Raabın rəhbərliyi altında komanda bu gün saat 14:00-dan etibarən Sumqayıt şəhər stadionunda növbəti məşqinə çıxıb.


Bütün xəbərlər Facebook səhifəmizdə