Əmrə Belezoğlu  Arda Turanın komanda yoldaşı olacaq?

Əmrə Belezoğlu Arda Turanın komanda yoldaşı olacaq?
İstanbulun "Fənərbaxça" futbol klubunun forvardı Əmrə Belezoğlunun komandadan ayrılması an məsələsidir. Siasport.az saytı xəbər verir ki, Avropa klublarından birinə transfer olunacağı ilə bağlı çoxdandır ki, məlumat yayılan milli futbolçu, çox güman ki, İspaniya La Liqasına yollanacaq. Özü də keçmiş "Qalatasaray"lı Arda Turanın çıxış etdiyi "Atletiko Madrid"ə.
Hazırda İspaniyada olan futbolçunun meneceri Ahmet Bulut "Radyospor"a açıqlamasında bildirib ki, o bu gün Avropa Liqası çərçivəsində "Atletiko"nun "Hannover"lə keçirəcəyi qarşılaşmada A.Turanın oyununu izləyəcək və sonra madrid klubunun rəsmiləri ilə görüşəcək.
E.Belezoğlunun transferi ilə bağlı "Atletiko"nun menecerləri ilə danışıqlar apardığını etiraf edən menecer, ispaniya klubundan başqa digər bir neçə komandanın da milli futbolçunu transfer etmək üçün ona müraciət etdiklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə