İspaniyanın "Atletiko" futbol klubunun türkiyəli futbolçusu Arda Turan, komandadakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, "Marça" qəzetinə açıqlama verən ulduz futbolçu, "Atletiko"da özünü xoşbəxt hiss etdiyini və koryerasını La Liqada davam etdirməyi düşündüyünü deyib. UEFA Avropa Liqasında "Beşiktaş"la keçirilən cavab qarşılaşmasında azarkeşlərin ona qarşı səsləndirdikləri təhqirləri çoxdan unutduğunu deyən A.Turan, hələ "Qalatasaray"da çıxış etdiyi zamanlarda da bu cür hadisələrlə üzləşdiyini xatırladıb: "Amma valideynlərimin tribunada olduğu vaxt bu cür tərbiyəsiz sözlərin hədəfi olmaq mənə çox ağır gəldi. Bu cür ifadələr işlədənlərin tərbiyəsi də ola bilməz"-deyə A.Turan fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB