"PSJ Marsel"  "Arsenal"ın futbolçusuna "elçi düşüb"

"PSJ Marsel" "Arsenal"ın futbolçusuna "elçi düşüb"
Fransanın "PSJ Marsel" klubu, İngiltərənin "Arsenal" futbol klubunun futbolçusuna "elçi düşüb". Siasport.az saytı xəbər verir ki, "topçular"ın ulduz futbolçusu Maruen Şamaxı transfer etmək istəyən fransız klubu, artıq öz təklifini "Arsenal"ın menecerlərinə çatdırıb. İngilis "The Sun" yazır ki, komandada ciddi islahatlar aparmağı düşünən və yaşı ötmüş futbolçularla yollarını ayırmağı düşünən "Arsenal" rəhbərliyi də bu təklifə müsbət yanaşır. Qəzet iddia edir ki, M.Şamax da Arsen Vengerin gələcək mövsümdə komandada görmək istəmədiyi futbolçular siyahısındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə