Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə seçmə komandası Misirin Şarm Əl Şeyx şəhərində IX Dünya Çempionatına yola düşür. Taekvondo Federasiyasının mətbuat katibliyindən Siasport.az saytına verilən xəbərə görə, baş məşqçi, respublikanın əməkdar məşqçisi Gündüz Abdullayev və koreyalı mütəxəssis Sun Mi Park heyətə Məcid Sofiyev (45 kq), Elmar Bədəlli (48 kq), Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (63 kq), Şamxal Əbilov (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq), Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova (46 kq) və Fəridə Əzizovanı (67 kq) daxil edib.
Məlumat üçün bildirək ki, bu mötəbər yarışda Azərbaycanı həmçinin beynəlxalq dərəcəli hakimlər Oh Kvanq Çeol və Elşən Quliyev də təmsil edəcəklər. Martın 30-da səfərə yollanan komandamız vətənə aprelin 10-da dönəcək. Turnirdən öncə isə Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB