Fatih Terim \"Qalatasaray\"dakı gələcəyi ilə bağlı danışdı

Fatih Terim \"Qalatasaray\"dakı gələcəyi ilə bağlı danışdı

İstanbulun \"Qalatasaray\" futbol klubunun baş məşqçisi Fatih Terim, komandadakı gələcək fəaliyyəti ilə bağlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, \"imperator\" ləqəbli futbol mütəxəssisi, son günlər Türkiyə mətbuatında onun mövsümün sonunda \"Qalatasaray\"la bitən müqaviləsini yeniləməyəcəyi və Avropa futbol klublarından birinə baş məşqçi gedəcəyi ilə bağlı yazılan məlumatları şaiyə adlandıraraq, bunların yalandan başqa heç bir şeyi ifadə etmədiyini dilə gətirib. Bu ilin mayında bütün məsələlərə aydınlıq gətirəcəyini deyən \"imperator\", \"Ünal Aysal \"Qalatasaray\"ın prezidenti olduğu müddətdə heç yana getməyəcəm\"-deyərək fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə