20 futbolçu faciəli şəkildə can verdi

20 futbolçu faciəli şəkildə can verdi

Konqonun "Virgin" futbol klubunun 20 futbolçusu faciəli şəkildə ölüb. SİA-nın xarici mətubata istinadən verdiyi xəbərə görə, komanda üzvləri Zambiyadan Konqoya dönərkən çayı keçən gəmi aşıb. Bunun nəticəsində də komandanın 20 üzvü canlarından olub.


İlkin məlumatlara görə, hadisə futbolçu və azarkeşləri daşıyan 3 gəminin başqa bir gəminin təsirindən yaranan şiddətli dalğa nəticəsində aşmasından baş verib. Bildirilir ki, qəza zamanı gəmidə 100 nəfər olub. Onlardan 80-inin həyatını xilas etmək mümkün olub.


Bu faciəli hadisə ilə əlaqədar FİFA prezidenti Yozef Blatter Konqo Futbol Federasiyasının prezidenti Konstant Omari Selemaniyə başsağlığı verib.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə