Türkiyə millisini Avro-2012-dən uzaqlaşdıran məşqçi \"Beşiktaş\"ın sükanı arxasına keçir?

Türkiyə millisini Avro-2012-dən uzaqlaşdıran məşqçi \"Beşiktaş\"ın sükanı arxasına keçir?
\"Beşiktaş\"ın yeni prezidenti seçilən Fikret Orman, may ayından ciddi islahatlara başlamağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun yeni prezidenti bir sıra əcnəbi futbolçuları transferə çıxarmaq barədə açıqlama verəndən sonra, indi də onun portuqaliyalı baş məşqçi Karlos Karvalhal ilə yolları ayırmaq qərarında olduğu öyrənilib.
Türkiyə mətbuatı iddia edir ki. F.Ormanın yaxın ətrafı, hazırda Xorvatiya millisnin baş məşqçisi olan Slaven Biliçə 4 illik müqavilə təklif ediblər. Hətdda, S.Biliçə olduqca sərfəli maliyyə təklifinin irəli sürüldüyü də verilən xəbərlər sırasındadır. \"Beşiktaş\" prezidentinin təklifini təcrübəli futbol mütəxəssisinə çatdıran F.Ormanın nümayəndələri, ona komandada hər cür şərait yaradılacağına vəd veriblər. İyun ayında Xorvatiya millisi ilə müqaviləsi başa çatan S.Biliçin də \"Beşiktaş\"a gəlməyə müsbət yanaşdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə