Aleks "Barselona"da oynayan braziliyalı həmyerlisini "Fənərbaxça"ya dəvət etdi
İstanbulun "Fənərbaxça" futbol klubunun braziliyalı kapitanı Aleks de Souza, hazırda "Barselona"da çıxış edən həmyerlisi Kerissonu "Fənərbaxça"ya dəvət edib. Siasport.az saytı Türkiyənin nüfuzlu "Miliyyet" qəzetinə istinadən xəbər verir ki, aldığı zədə üzündən neçə aydır ki, yaşıl meydanlardan uzaqda qalan braziliyalı futbolçunun əla futbol texnikasına sahib olduğunu düşünən Aleks de Souza, braziliya mətbuatına açıqlamasında bildirib ki, əgər Kerisson "Fənərbaxça"da oynamağa razılıq versə, bu onun futbolçu karyerası üçün də əla olacaq. Xatıraladaq ki, braziliyalı futbolçu "Barselona"dan əvvəl Portuqaliya "Benfika"sında və Braziliya "Santos"unda forma geymişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB