"Fənərbaxça"nın həbsdə olan meneceri Hakan Şükürlə bağlı şok açıqlama verdi!

"Fənərbaxça"nın həbsdə olan meneceri Hakan Şükürlə bağlı şok açıqlama verdi!
Türkiyə futbolundakı qanunsuz oyun alqı-satqıları ilə bağlı həbs olunan "Fənərbaxça" futbol klubunun meneceri Yavuz Ağargöl, dünən keçirilən məhkəmə prosesində şok açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, bir sıra ulduz futbolçuların "Fənərbaxça"ya transfer olunmasında önəmli rol oynayan təcrübəli menecer, vaxtilə "Qalatasaray"ın ulduz futbolçusu və kapitanı olmuş Hakan Şükürün "Fənərbaxça"ya transfer olunması ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.
O bildirib ki, "Qalatasaray" UEFA Kubokunu qazanmamışdan bir il əvvəl, o zaman gənc və perspektivli futbolçu sayılan H.Şükürü transfer danışıqları üçün otelə dəvət edib: "Otelə gəlməmişdən əvvəl o nə baş verdiyini bilmirdi. Lakin danışıqların əsl məqsədi barədə xəbər tutan H.Şükür, qəlbən "Qalatasaray"lı olduğunu deyərək, transfer təklifini rədd etdi və oteldən qaçdı"-deyə Y.Ağargöl fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə