Avropanın ən yaxşı voleybolçusu Azərbaycan klubuna məxsusdur

Avropanın ən yaxşı voleybolçusu Azərbaycan klubuna məxsusdur

Xəbər verdiyimiz kimi, Bakıda Çağırış Kuboku çərçivəsində "Bakı" – Lokomotiv" oyunu baş tutdu. Siasport.az saytının məlumatına görə, beynəlxalq əhəmiyyətli turnirdə bütün rəqiblərini məğlub edən iki Azərbaycan klubu doğma azarkeşlər qarşısında meydana çıxdı.

Məlumat üçün bildirək ki, 3:2 hesabı ilə "Bakı"nı məğlub edən "Lokomotiv"in heyətində çıxış edən Amerikalı voleybolçu Metcalf Nancy Jean həm də, kubokun ən yaxşı, ən çox xal qazanan oyunçusu seçilib.

Xatırladaq ki, komandalarımız "Çağırış Kuboku"nda son görüşünü aprelin 1-də "Heydər Əliyev adına İdman Konsert Kompleksin"də saat 18:00 da keçirəcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə