Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir

Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Aleksandr Yefimoviç Pirantinski Bakıya işgüzar səfərə gəlib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, səfər zamanı A.Y.Pirantinski Azərbaycan Milli Olimpiya Komitəsində, Azərbaycan Gənclər və İdman Nazirliyində, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında bir sıra işgüzar görüşlər keçirəcək. Səfər proqramı çərçivəsində onun qayaya dırmanma idman növü üzrə hakimlərə, təlimçilərə və idmançılara bir neçə master-klass keçəcəyi də nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq İdman Qayaya dırmanma Federasiyasının üzvüdür.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2013-cü ildə Qayaya dırmanma üzrə Dünya Kubokunun mərhələ yarışlarının Bakıda keçirilməsi üçün Beynəlxalq İdman Qayaya dırmanma Federasiyasına müraciət edib və bu müraciətə müsbət istiqamətdə baxılır.


Bütün xəbərlər Facebook səhifəmizdə