Yığmamız Almaniyada heç-heçə etdi

Yığmamız Almaniyada heç-heçə etdi

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması məşq çərçivəsində yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, yığmamız "SV Wehen Wiesbaden" klubunun U-17 komandası ilə qarşılaşıb.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətindəki qolun müəllifi isə Mahir Mədətov olub.


Bütün xəbərlər Facebook səhifəmizdə