"Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb. Siasport.az saytının məlumatına görə, komanda ¼ final mərhələsinin cavab oyununda "Kəpəz"lə heç-heçə edib.
Qeyd edək ki, 1-1 hesabı ilə yekunlaşan oyunda Flaqmanın heyətində Bahodir Nasimov qolu öz hesabına yazdırıb. Bu nəticədən sonra "Neftçi" iki oyunun nəticəsinə görə Azərbaycan kubokunun yarımfinalına vəsiqəsini təmin edib.
Məlumat üçün bildirək ki, "Neftçi" bu mərhələdə "İnter"lə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB