Yunis Hüseynov: "Futbolçuların fiziki hazırlığı məni tam qane etmir"

Yunis Hüseynov: "Futbolçuların fiziki hazırlığı məni tam qane etmir"

Azərbaycan Kubokunun ¼ final mərhələsinin "Xəzər Lənkəran" – "İnter" cavab qarşılaşmasından sonra cənubluların baş məşqçisi Yunis Hüseynov komandasınının oyunu haqqında fikir bildirib. Siasport.az saytının məlumatına görə, 1:1 hesablı nəticəyə baxmayaraq, baş məşqçi futbolçuların oyunundan razı qalmayıb. Belə ki, o, oyunu belə dəyərləndirib: "Bu oyunun çətin olacağı bizə bəlli idi. Oyuna yaxşı başladıq. İlk iyirmi dəqiqədə komanda pis təsir bağışlamırdı. Amma buraxılan qoldan sonra futbolçular sanki söndülər. Buna baxmayaraq, ikinci hissədə toparlanmaq mümkün oldu. Təəssüf ki, bunların imkanları dəyərləndirmək mümkün olmadı. Qolu isə öz səhvimizdən buraxdıq. Hələ də futbolçuların fiziki hazırlığının səviyyəsi məni tam qane etmir".

Qeyd edək ki, heç-heçə "Xəzər Lənkəran"a qane etmədiyi üçün Azərbaycan Çempionatdan kənarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə