Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində qadınlardan ibarət voleybol komandaları arasında Çağırış Kuboku (Challenge Cup) uğrunda görüş keçirildi . Siasport.az saytının məlumatına görə, bütün rəqiblərini məğlub edən \"Lokomotiv\" - \"Bakı\" qarşılaşmasında Dəmiryolçular 3:2 hesabı ilə qələbə qazandı.
Qeyd edək ki, ilk hissədə gözəl oyun sərgiləyən \"Lokomotiv\" 25:23 hesabı ilə qələbə qazandı. İkinci hissədə də eyni hesabla rəqibini məğlub edən Dəmiryolçular 3-cü hissəni uğursuz başa vurdu. Oyunda vəziyyəti öz xeyrinə dəyişməyə müvəffəq olan \"Bakı\" 4-cü hissədə də 25:15 hesabı ilə \"Lokomotiv\"i məğlub etdi. Nəticədə, 4-cü hissənin sonunda komandalar 2:2 hesabı ilə bərabərə qaldı. Lakin, qızıl setdə vəziyyəti yenidən öz xeyrinə dəyişən \"Lokomotiv\" 15:13 hesabı ilə, ümumi hesabda isə 3:2 hesabla \"Bakı\" üzərində qələbə qazandı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB