"Bakı" klubu "Qarabağ"ın rəqibi oldu. Siasport.az saytının məlumatına görə, bu gün Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində keçirilən "Qarabağ"- "Qəbələ" oyununda hesabın heç-heçə olması Ağdamlıların xeyrinə olub. Beləliklə, 0:0 hesablı nəticə "Qarabağ"ı növbəti mərhələyə keçirib.
Məlumat üçün bildirək ki, AZAL – "Bakı" görüşündə də paytaxt adını daşıyan klubun rəqibini 2:1 hesablı məğlub etməsi ½ finala keçirib.
Qeyd edək ki, "Neftçi" – "Kəpəz" qarşılaşmasında isə Flaqman Gəncə təmsilçisi ilə 1:1 hesablı bərabərə qalıb. İlk qarşılaşmada 2:1 hesabı ilə rəqibini məğlub edən "Neftçi" klubu da növbəti mərhələyə addımlayıb.
Nəticədə, "Bakı" klubu "Qarabağ"ın rəqibi oldu, "Neftçi"nin rəqibi isə, "Xəzər Lənkəran" – "İnter" oyunundan sonra məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB