“Neftçi” və AZAL hesabı bərabərləşdirdi – Yenilənir

“Neftçi” və AZAL hesabı bərabərləşdirdi – Yenilənir

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşlərində hesab yenidən dəyişdi. Siasport.az saytının məlumatına görə, "AZAL Arena"da keçirilən AZAL-"Bakı" oyununun 52-ci dəqiqəsində Orxan Səfiyarlı vurduğu qolla hesab (1:1) bərabərləşdi. "Neftçi" – "Kəpəz" oyununda da bərabərlik qolu vurulub. Belə ki, "Neftçi"nin futbolçusu Bahodir Nasimov ikinci hissənin ilk dəqiqələrində (49)komandasının bərabərlik qolunu vurdu. Görüşün 73-cü dəqiqəsində "Kəpəz" hesabı artırmağa yaxın olsa da, top qapı tirindən azca aralı keçdi. Hazırda qarşılaşmalar davam edir.




Bütün xəbərlər Facebook səhifəmizdə