Bakıda Avro Kubok oyunu keçiriləcək

Bakıda Avro Kubok oyunu keçiriləcək

Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində daha bir beynəlxalq əhəmiyyətli oyun keçiriləcək. Siasport.az saytının məlumatına görə, saat 19:00-da "Çağırış Kuboku"nda bütün rəqiblərini məğlub edən iki Azərbaycan komandası üz-üzə gələcək. Belə ki, "Bakı" – "Lokomotiv" oyunu doğma azarkeşlər qarşısında baş tutacaq. Görüşü isə, finlandiyalı Partiainen Kari və türkiyəli Demir Deniz idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə