Dağıstanın İzberbaş şəhərində SSRİ İdman Ustası Abdulla İdrisovun yubileyi münasibəti ilə keçirilən boks turnirinə artıq yekun vurulub. Siasport.az saytının məlumatına görə, yarışda respublikamızın yeniyetmə və gənc idmançıları da mübarizə aparıb.
Məlumat üçün bildirək ki, 3 boksçumuz - Pərviz Quliyev (50 kq), Elçin Rəcəbli (56 kq), və Emin Rəsulzadə (70 kq) turnirin baş mükafatına sahib olublar.
Qeyd edək ki, qaliblərdən ikisi həlledici döyüşdə komanda yoldaşları ilə qarşılaşıb. Quliyev Ayxan Tağızadəni, Rəsulzadə isə Roman Zakirovu məğlubiyyətə uğradıb.
Gümüş medal əldə edən boksçularımıza gəldikdə isə, Fərid Əliyev (46 kq), Elməddin İsmayılov (48 kq), Tərlan Abdulov (57 kq) və Şahin İsmayılov (60 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüb.
Onu da əlavə edək ki, Şahin İsmayılov həm də "Qələbə əzminə görə" mükafatına layiq görülüb. Turnirin baş hakimi həmyerlimiz Nazim Mirhüseynov olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB