Kontakt karate regionlarda da inkişaf etdirilir

Kontakt karate regionlarda da inkişaf etdirilir

Çox mübarizəli İdman Döyüş Növləri Federasiyası 7 ilə yaxındır ki, Yevlax şəhərində Vüqar Muradov və 5-ci dan qara kəmər ustası Xaləddin Şirinovun rəhbərliyi ilə fəaliyyət göstərir.

Qeyd edək ki, bu günlərdə Göyçay şəhər Olimpiya Kompleksində keçirilən Çox mübarizəli İdman Döyüş Növlərinin Azərbaycan çempionatında iştirak edən on tələbənin doqquzu bu yarışın qalibi olaraq 3 nəfəri 1-ci yer, 6 nəfəri isə 2-ci yerə layiq görülüblər.

Məlumat üçün bildirək ki, idmançılardan Vüsal Rəhimov Azərbaycan çempionu, Əşrəf Yusifov dəfələrlə Azərbaycan ikincisi, Faiq Əsədov 4 dəfə Azərbaycan çempionu, Kamil Salahov isə 5 dəfə Azərbaycan çempionu və həmçinin Gürcüstanın Tiflis şəhərində keçirilən Beynəlxalq turunun qızıl mükafatçısı adlarına layiq görülüb.

Xatırladaq ki, bu ilin iyul ayında Gürcüstanda keçiriləcək 5 ölkənin qatılacağı Beynəlxalq turnirdə Aran İdman Klubunun idmançıları da iştirak edəcək. Onlar Gürcüstanda keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək erməni komandası ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə