Bakıda qol güləşi üzrə çempionat keçirilib

Bakıda qol güləşi üzrə çempionat keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Ağ at" İdman Klubunda qol güləşi üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Saleh" İK, "Məhsul"İC, "Emir"İK, "Qol güləşi"İK komandalarını təmsil edən 60 nəfər idmançı mübarizə aparıb. Çempionatda 11 çəki üzrə: 55 kq, 60 kq, 65 kq, 70 kq, 75 kq, 80 kq, 85 kq, 90 kq, 100 kq, 110 kq və +110 kq çəki dərəcələrində iştirak edib.

Məlumat üçün bildirək ki, yarışda 55 kq çəki dərəcəsində I yerə Hüseynov Şamo ("Saleh"İK), 60 kq çəki dərəcəsində I yerə Cəfərov Məhəmməd ("Qol güləşı"İK), 65 kq çəki dərəcəsində I yerə Tanrıverdiyev Rəhim ("Saleh"İK), 70 kq çəki dərəcəsində I yerə Ağayev Hicran ("Qol güləşi"İK), 75 kq çəki dərəcəsində I yerə Ənvər Hüseynov ("Qol güləşi"İK), 80 kq çəki dərəcəsində I yerə Vəliyev Xəyal ("Məhsul"İC), 85 kq çəki dərəcəsində I yerə Muradov Həbib ("Məhsul"İC), 90 kq çəki dərəcəsində I yerə Cəmilov Vüsal ("Emir"İK), 100 kq çəki dərəcəsində I yerə Şabanov Anar ("Emir"İK), 110 kq çəki dərəcəsində I yerə İmanov Coşqun ("Saleh"İK), +110 kq çəki dərəcəsində I yerə Kamran Qurbanov ("Saleh"İK) layiq görülüb.

Qeyd edək ki, qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə