İstanbulun "Beşiktaş" futbol klubunda gərginlik davam edir. Siasport.az saytı xəbər verir ki, klubun yeni seçilən prezidenti Fikret Orman əksər portuqaliyalı futbolçularla yolları ayrımaq barədə açıqlama verəndən sonra, komanda daxilində qeyri-müəyyənlik yaranıb. indi hansı futbolçunun komanda qalıb-qalmayacağı, kiminlə müqavilə müddətinin ulzadılıb-uzadılmayacağı müzakirə mövzusuna çevrilib. xüsusi ilə portuqaliyalı futbolçularla bağlı yaranan qalmaqal ciddi rezanasa səbə olub. Yeni prezident onların "Beşiktaş" üçün ciddi maliyyə yükü olduğunu əsas gətirərək, hər dörd futbolçmunun transferə çıxarılmasını istəyir. Amma klubda bunun tam əksinə düşünənlər də var. Məsələn, komandanın veteran futbolçusu sayılan Rüştü Rəncbər, ilk növbədə Fernandesin komandada saxlanılmasına tərəfdardır. Onun fikrincə, futbolçu ustalığı və səviyyəsi ilə Fernandes peşəkar xüsusiyyətlərə sahibdir. R.Rəncbərə görə, Fernandes komandanın uğurları üçün hər bir oyunda var qüvvəsi ilə mübarizə aparır ki, bu onun "Beşiktaş"a nə qədər sadiq olduğunu göstərir:
"Üstəlik, Fernandesin insani dəyərlərə sahib olması və komanda yoldaşları ilə gözəl münasibəti də bu futbolçunun "Beşiktaş"a hələ uzun illər lazım olacağını isbatlayır"-deyə R.Rəncbər fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB