Sərhədçi Olimpiya İdman Mərkəzində futzal üzrə dünya çempionatının play-off mərhələsi çərçivəsində Rusiya- Azərbaycan yığmaları arasında keçirilən oyundan sonra rəqibin baş məşqçisi açıqlama verib. Siasport.az saytının məlumatına görə, baş məşqçi Sergey Skoroviç səhvlərdən nəticə çıxardacaqlarını vurğulayıb: "Rəqib say etibarilə üstün olduğu dəqiqələrdə fərqləndi. Bəzi hücumların yekununda qeyri-dəqiq oynadıq. Maksimum nəticəyə köklənmişdik. Heyətdən göründüyü kimi, bir neçə əsas oyunçumuz yox idi. Qarşıda bir oyun da var. Səhvlərdən nəticə çıxaracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB