Dünən UEFA Çempionlar Liqasında 1\4 final mərhələsinin ilk qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, İngiltərə "Çelsi"si səfərdə "Benfika"nın qonağı olub. Olduqca gərgin mübarizə şəraitində keçən oyunda "zadəğanlar" 1:0 hesabı ilə qalib gəliblər. Digər bir qarşılaşmada isə Madrid "Real"ı səfərdə "APOEL"in qonağı olub. Çoxları kipr təmsilçisindən bu qarşılaşmada sensasiya gözləsələr də, bu baş verməyib. Əksinə, kral klubunun futbolçuları meydan sahiblərinin qapısından 3 cavabsız top keçirərək demək olar ki, cavab qarşılaşmasını formal oyuna çeviriblər. İndi tam əminliklə demək olar ki, Madrid "Real"ı yarım final mərhələsində rəqibini gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB