Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində "Xəzər Lənkəran" klubu "İnter"lə cavab oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, bu qarşılaşma "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev üçün əlamətdar olacaq. Komandanın qapıçısı ağ-yaşıl formada 150-ci matçına çıxacaq.
Qeyd edək ki, indiyə qədər 149 dəfə "Xəzər Lənkəran" forması geyən Kamran 150 matça çıxan 4-cü futbolçu kimi tarixə düşəcək.
Xatırladaq ki,ona kimi Rahid Əmirquliyev (182), Alim Qurbanov (176) və Rəşad Abdullayev (155) bunu bacarmışdı.
Məlumat üçün bildirək ki, yubiley oyununa hazırlaşan Kamran Ağayev bu vaxta qədər 149 matçdan 125-ni Azərbaycan çempionatı, 25-ni kuboku, 3-nü Birlik kuboku, 6-nı isə avrokuboklarda keçirib.
Onu da əlavə edək ki, hesabında 149 oyun olan Ağayev 83 dəfə kapitan funksiyasını yerinə yetirib. 2 dəfə penalti seriyalarının da iştirakçısı olan qapıçı bu seriyalarda 9 rəqib zərbəsindən 6-nı buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB