“Xəzər Lənkəran” dalbadal “İnter”lə duelə çıxacaq

“Xəzər Lənkəran” dalbadal “İnter”lə duelə çıxacaq

Bu həftə "Xəzər Lənkəran" klubu "İnter" həftəsi yaşayacaq. Siasport.az saytının məlumatına görə, cənublular martın 28-də Azərbaycan kubokunun cavab oyununda və aprelin 1-də Unibank Premyer Liqasının XXVI turunda paytaxt təmsilçisi ilə üz-üzə gələcək.

Məlumat üçün bildirək ki, hər iki oyun Lənkəranda baş tutacaq. Komandaların martın 14-də daha bir duelini nəzərə alsaq rəqiblər belə demək olar ki, 19 gün ərzində 3 dəfə münasibətlərini ayırd edəcək.

Qeyd edək ki, belə bir hadisə klub tarixində ikinci dəfə yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə