Joze Alesio Da Silva: “ Qələbə üçün oynayacağıq”

Joze Alesio Da Silva: “ Qələbə üçün oynayacağıq”

Sərhədçi Olimpiya İdman Mərkəzində Futzal üzrə dünya çempionatının play-off mərhələsində keçirilmiş Azərbaycan – Rusiya oyunundan sonra millimizin baş məşqçisi fikir səsləndirib. Siasport.az saytının məlumatına görə, oyundan narazı qalmadığını bildirən Joze Alesio Da Silva növbəti oyuna ümid bəslədiyini ifadə edib: "Biz yaxşı oynadıq. Uşaqlar qələbə qazanmaq arzusunda idilər. Gəlin unutmayaq ki, Avropa çempionatının gümüş medalçısına qarşı oynadıq. Təəssüf ki, 3 qol buraxdıq. Cavab oyununda əsas qapıçımız Andrey Tveryankin də bizimlə olacaq və qələbə üçün oynayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə